AZ

İrandan Azərbaycana ümumilikdə 1161 nəfər təxliyə edilib

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.

28 fevral 8.00-dan - 4 mart saat 10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 1161 nəfər təxliyə olunub.

Belə ki, 361 Çin, 246 Rusiya, 224 Azərbaycan, 99 Tacikistan, 76 Pakistan, 46 Oman, 18 Səudiyyə Ərəbistanı, 9 Gürcüstan, 7 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 5 Serbiya, 4 İran 4 İordaniya, 4 İsveçrə,4, Nigeriya, 4 Yaponiya vətəndaşı təxliyə olunub.

Siyahıda həmçinin Qətər, Banqladeş, Özbəkistan, Meksika və Fillipinin hər biri üzrə 3 vətəndaş, Nepal, Qazaxıstan, Fransa və Türkiyə, Yəmən, Qırğızıstan və İtaliyanın üzrə isə hər biri üzrə 2 vətəndaş yer alıb. Polşa, Tunis, Livan, Hindistan, Braziliya, Böyük Britaniya, Myanma, Maldiv Adaları və Cənubi Afrikanın isə hər biri üzrə 1 nəfər təxliyə edilib./Trend.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
45
9
olaylar.az

10Mənbələr