AZ

“Barselona”ya 3:0 yetmədi

“Atletiko” “Barselona”nı iki yarımfinal matçında ümumi hesabda məğlub edərək, İspaniya Kubokunun ilk finalçısı olub.

Msport.az xəbər verir ki, “Atletiko” Madriddə keçirilən ilk oyunda 4:0 hesabı ilə qalib gəlsə də, səfərdə cavab oyununda 0:3 hesabı ilə məğlub olub.

“Barselona”nın heyətində Mark Bernal (29-cu və 72-ci dəqiqələrdə) iki qol vurub, Rafinya isə (45+5) penaltidən fərqlənib.

“Atletiko” finalda “Atletik” – “Real Sosyedad” oyununun qalibi ilə qarşılaşacaq. “Real Sosyedad” ilk oyunda səfərdə 1:0 hesabı ilə qalib gəlib. Cavab oyunu bu gün keçiriləcək.

Seçilən
25
1
msport.az

2Mənbələr