AZ

Lamin Yamal: “Daha pubalgiyadan əziyyət çəkmirəm” – ARENA.AZ

“Barselona”nın 18 yaşlı ispaniyalı ulduzu, sağ cinah hücumçusu Lamin Yamal pubalgiyadan daha əziyyət çəkmədiyini bildirib.

Arena.az xəbər verir ki, gənc futbolçu ağrısız oynadığını və xoşbəxt olduğunu bildirib:

“Daha pubalgiyadan əziyyət çəkmirəm. Onda xoşbəxt deyildim, indi isə futboldan yenə zövq alıram”, deyə Yamal vurğulayıb.

Qeyd edək ki, Yamal cari mövsümdə tərəqqisinə davam edir. O, “blauqrana”nın son 12 oyununda 9 qol vurub və 4 məhsuldar ötürmə verib.

Əlavə edəki, müvafiq səviyyədə uğurlu çıxışı, gənc futbolçunun mövsümün “Qızıl top” mükafatına iddiasını artırır.

Xatırladaq ki, Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Yamal cari mövsümdə “blauqrana”nın heyətində 35 oyuna çıxıb. O, bu oyunlarda 18 qol və 15 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 141 oyun, 43 qol və 49 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 23 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.

Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
8
9
arena.az

10Mənbələr