AZ

Ağadadaş Ağayev: “Qurbanın xeyir-duasını mən vermişəm”

Xalq artisti Ağadadaş Ağayev “Qarabağ” futbol kulubunun baş məşqçisi Qurban Qurbanov haqqında danışıb.

"Yeni Sabah” xəbər verir ki, ifaçı “Öz aramızda” verilişində məşqçi ilə arasında olan inciklikdən söz açıb:

“Mən həmişə futbola bağlı olmuşam. Hətta öz stadionum da var. Hamısının toyunda mən oxumuşam. Qurbanın toyunda oxudum, gözəl övladları dünyaya gəldi. Respublika stadionunda onunla vida konsertində da oxudum.

İndi Qurban Qurbanov tanınmış bir məşqçidir. Bütün xeyir-dualarını mən vermişəm. İndi Qurban ələ düşmür. Mən ondan inciyə bilərəm. Küsməmişəm. Həmin çıxışımdan sonra da danışdıq. Hər şey qaydasındadır. Qurban ciddi işlərlə məşğuldur. Bizi dünyaya tanıtdı. Onunla qürur duyur, fəxr edirəm. Onun sayəsində Çempionlar Liqasında yarışmaq şansımız oldu. Tarixə düşdük”.

Xatıraladaq ki, bir müddət əvvəl Ağadadaş Ağayev Qurban Qurbanovdan küsdüyün demişdi. 

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
94
yenisabah.az

1Mənbələr