AZ

ABŞ və Ekvador hərbçiləri terrorçu təşkilatlara qarşı əməliyyatlara başlayıblar

ABŞ
ABŞ və Ekvador hərbçiləri Ekvadorda narkotik kartellərinə qarşı birgə əməliyyatlara başlayıblar. 1news.az-ın məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı özünün "X" sosial şəbəkəsindəki səhifəsində xəbər verib.

"Martın 3-də ABŞ və Ekvador Silahlı Qüvvələri Ekvadorda terrorçu təşkilatlara qarşı əməliyyatlara başlayıblar. Bu əməliyyatlar Latın Amerikası və Karib dənizindəki tərəfdaşlarımızın narkoterrorizmlə mübarizəyə olan sadiqliyini nümayiş etdirir", - bəyanatda deyilir.

Seçilən
19
3
1news.az

6Mənbələr