Qusar, 4 mart, AZƏRTAC
Bu gün Azərbaycanda xizək alpinizmi üzrə Avropa çempionatına start veriləcək.
AZƏRTAC xəbər verir ki, “Şahdağ” Turizm Mərkəzində keçiriləcək yarışda Azərbaycanı 5 idmançı təmsil edəcək.
Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev medallar uğrunda mübarizə aparacaqlar.
Martın 8-dək davam edəcək qitə birinciliyinin açılış mərasimi saat 09:00-da başlayacaq.
Avropa çempionatında Azərbaycanla yanaşı, AİN (Neytral Statuslu İdmançılar), Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, Rusiya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 123 idmançı çıxış edəcək.