
ABŞ Ədliyyə Nazirliyi Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqesin korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunacağı barədə xəbərləri rədd edib.
AFN.az xəbər verir ki, ABŞ ədliyyə nazirinin birinci müavini Todd Blanş bu barədə "X" sosial şəbəkəsində paylaşım edərək, yayılan məlumatları "tamamilə yalan" adlandırıb.
Qeyd edək ki, "Reuters" agentliyi bildirmişdi ki, ABŞ administrasiyası Karakas üzərində təzyiqi artırmaq üçün Rodriqesə qarşı ittiham aktı hazırlayır. Todd Blanş isə bu cür dezinformasiyaların necə dərc edildiyinə təəccübləndiyini bildirib.