ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.
ABŞ-İsrail hücumu zamanı İranın Ali dini lideri Xameneidən sonrakı liderini seçmək səlahiyyətinə malik olan Uzmanlar Məclisinin Qum şəhərindəki binası hədəfə alınıb.
Sherg.az xəbər verir ki, İran dövlət televiziyası hücumu təsdiqləyib.
Məlumata görə, həm Qumdakı, həm də daha əvvəl hücuma məruz qalan Tehrandakı bina öncədən təxliyə edildiyi üçün itki olmayıb, lakin ciddi maddi ziyan dəyib.
İsrail mediası hücumun yeni liderin seçilməsi üçün keçirilən səsvermə zamanı baş verdiyini iddia etsə də, İran rəsmiləri bu məlumatı təsdiqləməyib.
İran mediası isə Uzmanlar Məclisinin təhlükəsizlik səbəbilə iclası qiyabi formada keçirdiyini və yeni liderin qısa müddətdə açıqlanacağını bildirib.
Qeyd edək ki, İran Konstitusiyasına əsasən, ölkə liderinin vəfatı halında onun varisini 88 din xadimindən ibarət Uzmanlar Məclisi seçir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.