AZ

SEPAH ABŞ hərbçilərinin toplandığı əraziyə zərbə endirdiyini iddia edib

ain.az bildirir, Apa.az portalına istinadən.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt ərazisində ABŞ hərbçilərinin cəmləşdiyi əraziyə pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini iddia edib.

APA xəbər verir ki, bu barədə SEPAH-ın qərargahının bəyanatına istinadən “Al Jazeera” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hücum onlarla döyüş dronunun iştirakı ilə həyata keçirilib və zərbələr ABŞ əsgərlərinin toplandığı əraziyə endirilib. ABŞ hərbçiləri arasında mümkün itkilərlə bağlı məlumat verilməyib.

Eyni zamanda SEPAH ABŞ-ın Hind okeanında, İran sahillərindən təxminən 650 kilometr məsafədə yerləşən esminesini də hədəfə aldığını iddia edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
apa.az

2Mənbələr