AZ

“Atletiko Madrid” 2013-cü ildən bəri ilk dəfə Kral Kubokunun finalına yüksəlib

“Atletiko Madrid” 2025/26 mövsümünün Kral Kuboku yarımfinalında “Barselona”nı ümumi hesabla 4:3 hesabı ilə məğlub edib və 2013-cü ildən bəri ilk dəfə finalda oynayacaq.

İdman.Biz bildirir ki, Madrid klubu sonuncu dəfə finala 13 il əvvəl çıxıb və “Real Madrid” üzərində 2:1 hesablı qələbə qazanaraq kuboku qazanıb.

Hazırkı turnirin final matçında “qırmızı-ağlar” “Real Sosyedad” – “Atletik” cütlüyünün qalibi ilə qarşılaşacaq. İlk oyun “ağ-göylər”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunu bu gün, 4 martda San-Sebastyanda keçiriləcək.

“Atletiko Madrid” Kral Kubokunu 10 dəfə qazanıb.

İdman.Biz
Seçilən
42
2
idman.biz

3Mənbələr