AZ

Küveytdə İranın hücumu nəticəsində bir azyaşlı həlak olub

Küveytdə İranın hücumu nəticəsində bir azyaşlı həlak olub

Küveytin paytaxtı El-Küveyt şəhərinə İranın həyata keçirdiyi hava hücumlarından biri zamanı binanın uçması nəticəsində yaralanan azyaşlı qız uşağı vəfat edib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Küveytin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında deyilir: "Azyaşlı qız paytaxtın yaşayış məhəllələrindən birində evin uçması nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib". Binanın İran qüvvələrinin Küveyt ərazisini bombalaması zamanı dağıldığı da bəyanatda qeyd edilib.

Bundan əvvəl Küveyt Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi polkovnik Səud Əbdül Əziz əl-Atvan bildirmişdi ki, martın 4-ü səhər saatlarında ölkənin hava hücumundan müdafiə sistemləri bir neçə hava hədəfini aşkar edərək məhv edib. O əlavə edib ki, vurulan hədəflərdən birinin qalıqları yaşayış evinin üzərinə düşüb, nəticədə maddi ziyan dəyib və bir neçə nəfər yaralanıb.

Seçilən
46
afn.az

1Mənbələr