AZ

"Barselona" "Atletiko"nu darmadağın etsə də, İspaniya Kubokunun finalına çıxa bilməyib

Madridin "Atletiko" klubu "Barselona"nı iki yarımfinal matçında ümumi hesabda məğlub edərək, İspaniya Kubokunun ilk finalçısı olub.

"Far.Az"un məlumatına görə, "Atletiko" Madriddə keçirilən ilk oyunda 4:0 hesabı ilə qalib gəlsə də, səfərdə cavab oyununda 0:3 hesabı ilə məğlub olub.

"Barselona"nın heyətində Mark Bernal (29-cu və 72-ci dəqiqələrdə) iki qol vurub, Rafinya isə (45+5) penaltidə fərqlənib.

"Atletiko" finalda "Atletik" - "Real Sosyedad" oyununun qalibi ilə qarşılaşacaq. "Real Sosyedad" ilk oyunda səfərdə 1:0 hesabı ilə qalib gəlib. Cavab oyunu 4 martda keçiriləcək.

Turnirin rekordçusu İspaniya Kubokunu 32 dəfə qazanan "Barselona"dır.

Seçilən
64
1
far.az

2Mənbələr