AZ

İsrail İrana qarşı yeni genişmiqyaslı zərbələr dalğasının başladığını açıqlayıb

BAKI, 4 mart. TELEQRAF

İsrail Müdafiə Ordusu (SAXAL) İran ərazisinə qarşı yeni genişmiqyaslı zərbələr seriyasına başladığını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada bildirilib ki, İsrail hərbçiləri İran ərazisində bir sıra hədəflərə qarşı genişmiqyaslı zərbələr endirməyə başlayıb.

Məlumata görə, hücumların əsas hədəfi İranın raket qurğuları və hava hücumundan müdafiə sistemləri olub.

Seçilən
21
teleqraf.com

1Mənbələr