BAKI, 4 mart. TELEQRAF
Livanın şiə silahlı qruplaşması “Hizbullah” İsrailin Aralıq dənizi sahilində yerləşən Hayfa şəhərindəki hərbi-dəniz bazasına raket zərbəsi endirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı qruplaşmanın bəyanatına istinadla məlumat yayıb.
Bəyanatda bildirilib ki, “Hizbullah” Hayfadakı hərbi-dəniz bazasını raketlərlə hədəfə alıb.
Bundan başqa, qruplaşma tərəfdarlarının İsrail əsgərlərinin cəmləşdiyi Kfar-Yuval yaşayış məntəqəsi istiqamətində də bir neçə raket buraxdığı iddia olunub.
Hücum nəticəsində dəymiş ziyan və ya xəsarət alanlar barədə məlumat verilməyib.