AZ

İranda dövlətə dəstək aksiyaları keçirilir - Video

İranda son hadisələr fonunda ölkənin müxtəlif şəhərlərində dövlətə dəstək aksiyaları keçirilir.

Musavat.com xəbər verir ki, Tehran, Kermanşah və Kərəcdə minlərlə insan küçələrə çıxaraq hökumətə dəstəyini nümayiş etdirir. Şəhərlərdə geniş kütləvi izdiham müşahidə olunur. 

Aksiya iştirakçıları İrana dəstək şüarları səsləndirir, ABŞ və İsrailə qarşı etirazlarını bildirirlər. Son günlər həyata keçirilən zərbələrin cəmiyyətdə parçalanma yaradacağı gözlənilsə də, küçələrdə əks mənzərə müşahidə olunur.

Müşahidəçilər bildirirlər ki, baş verənlər İran cəmiyyətində səfərbərlik və toparlanma prosesini sürətləndirib. Küçələrdəki ab-hava emosional və sərt xarakter alır, iştirakçıların sayı isə artmaqda davam edir.

 

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr