AZ

Tramp: “İranın dünya çempionatında iştirak edib-etməməsi məni maraqlandırmır”

ABŞ prezidenti Donald Tramp İran milli komandasının 2026-cı il dünya çempionatından çıxa biləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, 28 fevral səhəri İsrail İrana “qabaqlayıcı zərbə” endirib və bir neçə saat sonra Tramp böyük hərbi əməliyyatın başladığını elan edib.

“İranın (dünya çempionatında) iştirak edib-etməməsi mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Düşünürəm ki, İran sarsıdıcı məğlubiyyətə uğramış bir ölkədir. Onların qüvvələri tükənir”, - deyə “Politico” Trampdan sitat gətirib.

Bir müddət əvvəl İran Futbol Federasiyasının prezidenti Mehdi Tac ABŞ hərbi əməliyyatından sonra dünya çempionatının mümkün boykotunu elan etmişdi.

DÇ-2026 11 iyunda başlayacaq. İran Belçika, Misir və Yeni Zelandiya ilə birlikdə A qrupunda yer alır.

İdman.Biz
Seçilən
19
idman.biz

1Mənbələr