AZ

Tehran yeni ali dini liderini seçdi - Xamenei İranın başına keçdi

Xameneidən sonra oğlunun dövrü başladı-İran üçün ilk...

İranda ali dini hakimiyyətlə bağlı kəskin rezonans doğuran dəyişiklik baş verib. Belə ki, günlər öncə ABŞ və İsrailin hücumu nəticəsində öldürülən ali dini lider Ayətullah Əli Xameneinin yerini oğlu Müctəba Xamineyi tutub. Müctəba Xamenei bu posta "Məclisi Xubregan"ın səsverməsi nəticəsində seçilib. Bu barədə Musavat.com xəbər verir.

Yayılan xəbərlərdə bildirilir ki, səsvermə prosesi zamanı SEPAH tərəfindən məclis üzvlərinə ciddi təzyiq göstərilib.

Müctəba Xameneinin varis kimi önə çıxması əslində uzun müddətdir İran siyasi kulislərində müzakirə olunurdu. Onun SEPAH-la dərin və sistemli əlaqələri, həmçinin əsas güc dayağının məhz bu hərbi-siyasi struktur olması indi baş verənlərin təsadüfi olmadığını göstərir. Yayılan bu məlumat İran İslam Respublikasının gələcək siyasi kursu və hakimiyyət modelinin mahiyyəti ilə bağlı ən ciddi və taleyüklü sualları gündəmə gətirib.

 

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
12
23
musavat.com

10Mənbələr