BAKI, 4 mart. TELEQRAF
25 fevral 2026-cı il tarixində səfərdə İtaliyanın “Yuventus” klubu ilə keçirilən UEFA Çempionlar Liqası oyununda baş verən azarkeş insidentlərinə görə "Qalatasaray" klubuna 40 min avro məbləğində cərimə və növbəti səfər matçının azarkeşsiz keçirilməsi sanksiyası tətbiq olunub.
Teleqraf xəbər verir ki, bu barədə UEFA-nın İntizam Komitəsinin qərarında bildirilib.
Qərara əsasən, klub həm maliyyə cəriməsi ödəyəcək, həm də növbəti səfər qarşılaşmasını tribunalar boş olmaqla keçirməli olacaq.
Məlumatda qeyd olunub ki, sözügedən qərardan UEFA-nın Arbitraj Komitəsinə şikayət veriləcək.