AZ

“Qarabağ”la matçdan heç-heçə ilə ayrılmaq bizim üçün normal nəticədir”

“Yaxşı oyun oldu, qarşılıqlı hücumlar şəraitində və intensiv keçdi”.

Sportinfo.az xəbər verir ki,bu sözləri “Sabah”ın polşalı müdafiəçisi Timoteuş Puxaç Misli Premyer Liqasının 22-ci turunda “Qarabağ”la 3:3 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

O, sözlərinə belə davam edib.

“Düşünürəm ki, bu matçdan heç-heçə ilə ayrılmaq bizim üçün normal nəticədir. Oyuna yenidən baxmalıyam, amma hesab edirəm ki, həm bizim, həm də rəqibin kifayət qədər qol epizodları oldu”, - deyə o, bildirib.

Seçilən
13
sportinfo.az

1Mənbələr