AZ

Paris Hilton vanna otağında fotosessiya etdi

45 yaşlı amerikalı televiziya ulduzu və ictimai xadim Paris Hilton açıq-saçıq məzmunla izləyicilərini yenidən heyrətləndirib.

Ucnoqta.az xəbər verir ki, o, İnstaqram hesabında çəhrayı rəngli vanna otağında oynaq poza verərək cazibədar şəkillər paylaşıb. Ulduz kameralar qarşısında çılpaq görünərək bədənini qalın sabunlu köpüklə örtüb.

Paris başına zərif bir tac, boynuna isə daşdan hazırlanmış boyunbağı taxıb. O, geyimini incə makiyajla tamamlayıb.
"Gözlər ön planda. Həmişə", - deyə o, fotoya şərh yazıb.

Seçilən
22
ucnoqta.az

1Mənbələr