AZ

“Barselona” azarkeşləri oyundan əvvəl “Atletiko”nun avtobusunun pəncərəsini sındırıblar

“Barselona” azarkeşləri “Atletiko Madrid”in avtobusunun pəncərəsini sındırıblar.

İdman.Biz bu barədə COPE-yə istinadən xəbər verir.

Komandalar arasında Kral Kuboku yarımfinalının ikinci oyunu hazırda Barselonada keçirilir.

Mənbənin məlumatına görə, “Atletiko Madrid” azarkeşlərindən ibarət böyük bir izdiham yolda düzülüb, pirotexnika yandırıb, onları atmağa başlayıb, həmçinin atəşfəşanlıq etməyə başlayıb. Hadisə yerində çox sayda hüquq-mühafizə orqanı əməkdaşı var. Avtobusda “Atletiko Madrid” oyunçularının və ya işçilərinin olub-olmadığı məlum deyil.

Fevralın 12-də Madriddə keçirilən ilk oyunda “Atletiko Madrid” “Barselona” üzərində 4:0 hesablı qələbə qazanıb.

İdman.Biz
Seçilən
11
1
idman.biz

2Mənbələr