ain.az bildirir, 525.az saytına əsaslanaraq.
Tailandda məşhur olan Giq ləqəbli müğənni eyni vaxtda 2 nəfərlə nikaha girib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, toy mərasimi Buriram əyalətinin Salonqton şəhərində keçirilib.
Müğənninin hər iki əri avstriyalıdır. Giq ehtiyatda olan polis zabiti Roman ilə 5 ildir ki, birgə yaşayır. Hərbçi Maqqi ilə isə 1 ildir ki, münasibət qurub.
Mərasimdə qadının qohumları, qonşuları və yaxınları ilə yanaşı, şəhər meri də iştirak edib və bu əlamətdar gün münasibətilə ərlərin hər birinə 1 milyon bat (təxmini 54 min manat) hədiyyə edib.
Qeyd edək ki, Giq daha əvvəl ərdə olub və 3 övladı var.
L.Tağıyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.