AZ

Aktyor Niftalı Namazlı “Şirin” serialında canlandırdığı Şahin obrazından danışıb

Aktyor Niftalı Namazlı “Şirin” serialında canlandırdığı Şahin obrazından danışıb

Azərbaycanlı aktyor Niftalı Namazlı “Şirin” serialında epizodik olaraq Şahin obrazını canlandııb.

AFN.az xəbər verir ki, bu barədə gənc sktyor özü bildirib. O, qeyd edib ki, obrazın süjet xətti ailə və sevgi konflikti üzərində qurulub:

“Şahin kasıb bir qıza aşiq olur. Lakin atası oğlunun kasıb qızla evlənməsini qəbul etmir və münasibətin istiqamətini dəyişmək məqsədilə müəyyən məbləğdə pul ayırır. Bu vəsaitin Şirin obrazına çatdırılması nəzərdə tutulsa da, Şahin pulu çatdırmaq əvəzinə götürərək sevdiyi qızla birlikdə qaçmağı seçir”.

Niftalı Namazlı bildirib ki, Şahinin atasını aktyor Pərviz Məlikəjdər canlandırıb və tərəf-müqabili olduğu aktyorlarla çəkiliş prosesi peşəkar mühitdə keçib: “Çəkiliş zamanı Nicat Rəhimov ilə qarşılıqlı dialoqlar üzərində işləmək və səhnələri birlikdə qurmaq çox maraqlı idi. Elşən Hacıbabayevlə tərəf-müqabili olaraq oynamaq da eyni dərəcədə xoş təcrübə oldu. Kamera arxasında mühit çox səmimi idi, çəkiliş prosesi həm ciddi, həm də əyləncəli keçdi. Bu atmosfer rolun daha təbii alınmasına kömək etdi”.

Aktyor qeyd edib ki, qısa rol olsa da, obrazın daxili ziddiyyəti və ailə qarşıdurması onun üçün dəyərli aktyor təcrübəsi olub.

Seçilən
10
afn.az

1Mənbələr