AZ

Ərdoğan: Türkiyə regionu böhrandan çıxarmaq üçün imkanlarını səfərbər edib

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Regionda baş verən hadisələr fonunda Türkiyə sülh, əmin-amanlıq və sabitliyin təmin edilməsi üçün fəal səylər göstərir.

Reyting.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu paytaxt Ankarada keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, sülh yönümlü diplomatiya vasitəsilə Türkiyə fikir ayrılıqlarını dialoq və danışıqlar yolu ilə ədalətli və bərabər şəkildə həll etmək üçün əhəmiyyətli səylər göstərir.

Prezident əlavə edib ki, Türkiyə qardaş ölkələr arasında daha çox qan tökülməsi və düşmənçilik baş verməzdən əvvəl regionu böhrandan çıxarmaq üçün bütün imkanlarını səfərbər edib.

Y. QACAR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
reyting.az

1Mənbələr