AZ

CNN Türk əməkdaşları İsraildə sorğuda nələr yaşadı? -Özləri DANIŞDI

Xəbər verdiyimiz kimi, CNN Türk-ün iki əməkdaşı – müxbir Emrah Çakmak və operator Halil Kahraman İsrailin Təl-Əviv şəhərində saxlanılıb. 

Redaktor.az xəbər verir ki,  bir neçə saatdan sonra isə onlar azadlığa buraxılıblar.

Jurnalistlər bu barədə CNN Türk kanalının canlı efirində məlumat verərək başlarına gələnləri danışıblar. Onların sözlərinə görə, saxlanılma zamanı həm İsrail polisi, həm də təhlükəsizlik və kəşfiyyat əməkdaşları tərəfindən çoxsaylı suallara məruz qalıblar. Əsas sual isə “Türkiyədən nə üçün gəldiniz?” olub.

Jurnalistlər bu sualı təəccüblə qarşıladıqlarını bildirərək qeyd ediblər ki, məqsədləri bölgədə davam edən hərbi hadisələri işıqlandırmaq və baş verənləri tamaşaçılara çatdırmaq olub.

Onların sözlərinə görə, saxlanıldıqları müddətdə qapalı məkanda saxlanılıblar, üzərləri detektor və digər texniki vasitələrlə yoxlanılıb. Hətta həm müxbirin, həm də operatorun şalvarlarını çıxarmağa məcbur edildiyi bildirilib.

Bir neçə saat davam edən sorğu-sualdan sonra hər iki jurnalist sərbəst buraxılıb.

Xədicə BAXIŞLI

Seçilən
23
1
redaktor.az

2Mənbələr