AZ

İran ordusuna ağır itki: “INS Makran” vuruldu

İran yeganə ekspedisiya gəmisi olan “INS Makran”ı itirib.
“Militarnye” nəşri xəbər verir ki, gəmiyə hücum analitik Cozef Dempsinin yayımladığı peyk görüntüləri əsasında edilib.

Mövcud məlumata görə, gəmi Bəndər Abbasdakı dəniz bazasında yerləşib. Peyk görüntüsü üst quruluşda – körpünün yerləşdiyi hissədə və onun altında mühərrik otağı da daxil olmaqla əsas daxili bölmələrdə yanğın olduğunu göstərir. Mütəxəssislər gəminin ciddi ziyan gördüyü ehtimalının yüksək olduğunu, təmir və istismarın mümkünsüz olduğunu düşünürlər. Bu, əslində onun məhv edildiyini sübut edir.

Hücumun icraçısı rəsmi olaraq açıqlanmayıb. Lakin ABŞ-ın iştirakı istisna olunmur. Prezident Donald Tramp əvvəllər İranın “Epik Qəzəb” əməliyyatı zamanı ən azı doqquz gəmi itirdiyini bildirmişdi.

//Samir Qurbanov, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr