AZ

Saşa İliç: “Bu, planlarımızı pozdu”

Apasport portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Zirə" "Sumqayıt"ı məğlub edib - 2:0.

Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Saşa İliçin mətbuat konfransı keçirilib.

"İlk növbədə "Zirə"ni təbrik edirəm. Kubok oyunları çətin keçir. Birinci hissədə yaxşı oynadıq, fasilədən sonra buraxılan səhvlər qolla nəticələndi. İkinci hissədə oyunu dəyişməyə çalışdıq. Amma Ninkoviçin aldığı qırmızı vərəqə planlarımızı pozdu".

- Komandada intizam problemi olduğunu qəbul edirsiz?

- Deməzdim. Oyunçuların bacarığına uyğundur. Verilən tapşırıqları yerinə yetirməyə çalışdılar.

- Nikola Ninkoviç qırmızı vərəqə alana qədər də komandanız rəqib müdafiəsini yara bilmirdi. Bunun səbəbi nə idi?

- Fürsətlərimiz çox olmadı. "Zirə"nin də qol epizodu çox deyildi. İlk fürsətdə qol vurdular. Bu mövsüm onlarla 4 oyun keçirdik və hamısında bir-birimizə bərabər oyun göstərdik. "Zirə" keyfiyyətli komandadır.

- Mövsümə çox yaxşı başlamışdınız. Sonradan nə baş verdi ki, komanda bu cür enişə keçdi? Bəlkə qış planlarınız özünüzü doğrutlmadı?

- Oyunçularla bağlı müzakirə etmək istəməzdim. Bəli, yaxşı başlamışdıq. Müəyyən zamandan sonra eniş oldu. Qarşıda bizi oyunlar gözləyir. Çalışacağıq ki, əlimizdən gələni edək.

- Turnir cədvəlindəki vəziyyəti nəzərə alsaq, avrokuboklara nə dərəcədə ümidlisiz?

- Reallığa qalsa, çətindir. Fərq də böyükdür.

 - Nikola Ninkoviçi təcrübəsinə əsaslanaraq komandaya dəvət etmisiz, komandanı arxasınca o aparmalıdır. Amma iki oyundur ki, sizi pis vəziyyətdə qoyur. Psixoloji sıxıntısı var, yoxsa nə məsələdir?

- Nikola Ninkoviçdən gözləntilərimiz böyükdür. Bu gün də qırmızı vərəqə aldı. Ola bilər ki, psixoloji problemləri var, dəqiq deyə bilmərəm. Ona ümidlərimiz var, amma o hələ ki ümidlərimizi doğrultmur.

Millimizin baş məşqçisi: “Sona qədər xarakter göstərərək qələbə qazandıq”

Elman Sultanov Serbiyada

“Qaradağ Lökbatan”dan darmadağın

AFFA hakimlərin tərəfini tutdu: “Neftçi”nin oyununda penalti yox idi”

“Neftçi”dən minimalhesablı qələbə, “Araz” - “Sumqayıt” matçında 7 qol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
3
apasport.az

6Mənbələr