AZ

Pakistan İrandan Səudiyyə Ərəbistanına hücum etməməyi xahiş etdi

Pakistan İranı Səudiyyə Ərəbistanına qarşı hərbi addımlardan çəkinməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar Ary News-a açıqlamasında bildirib. Onun sözlərinə görə, İslamabad Tehranla təmasda olaraq regionda gərginliyin artmaması üçün Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatların həyata keçirilməməsini xahiş edib.

Dar qeyd edib ki, Pakistanla Səudiyyə Ərəbistanı arasında müdafiə sahəsində saziş mövcuddur və bu amil rəsmi İslamabadın mövqeyində mühüm rol oynayır.

Məlumata görə, İran öz növbəsində Səudiyyə Ərəbistanı ərazisinin ona qarşı istifadə olunmayacağına dair zəmanət tələb edib. Pakistanın müraciətindən sonra Ər-Riyadın bu zəmanətləri təqdim etdiyi bildirilib.

Regionda artan hərbi gərginlik fonunda tərəflər arasında diplomatik təmasların intensivləşdiyi qeyd olunur.

Natiq Səlim, 

KONKRET.az

Seçilən
71
konkret.az

1Mənbələr