AZ

Rəşad Sadıqov: “Kubok və Premyer Liqada əsas mərhələyə giririk”

“Vacib oyuna çıxmışdıq. Kubok oyunlarının cavab matçları xüsusilə gərgin və stressli olur”.

İdman.Biz bildirir ki, bu sözləri Azərbaycan Kubokunun ¼ final mərhələsinin “Sumqayıt”la cavab oyunundan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

“Zirə” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

“Bu qarşılaşmalarda sonradan səhvi aradan qaldırmağa vaxt olmur. Üzərimizdə gərginlik var idi. Futbolçularıma təşəkkür edirəm. Yüksək peşəkarlıq göstərdilər. Bundan sonra kubok və Premyer Liqada əsas mərhələyə giririk. Əvvəlkindən daha çox işləməliyik.

Rəqibə qol şansı vermədən qalib gəlmək daha önəmli idi. Bu gün də, əvvəlki matçlarda da uduza bilərdik”, - baş məşqçi vurğulayıb.

İdman.Biz
Seçilən
11
idman.biz

1Mənbələr