Alimlərin hesablamalarına görə, dünya okeanlarında təxminən 20 milyon ton qızıl ola bilər.
News365.az xəbər verir ki, bu miqdar hazırkı bazar qiymətləri ilə hesablandıqda təxminən 1,1 kvadrilyon dollar (təxminən 1168 trilyon dollar) dəyərində qiymətləndirilir.
Lakin bu sərvəti əldə etmək praktik olaraq son dərəcə çətindir.Çünki okean suyunda qızılın konsentrasiyası çox aşağıdır. Təxminən hər 1 litr okean suyunda 1 qramın 13 milyonda 1 hissəsi qədər qızıl mövcuddur.
Qeyd edilib ki, bu baxımdan böyük sərvət mövcud olsa da, texnoloji və iqtisadi baxımdan okean suyundan qızıl çıxarmaq hazırda səmərəli hesab edilmir.