AZ

Fernandeş “Beşiktaş”a qayıda bilər

"Spartak Moskva"nın yarımmüdafiəçisi Jedson Fernandeş karyerasını yenidən "Beşiktaş"da davam etdirə bilər.

90deqiqe.Az-ın "Fanatik"ə istinadən məlumatına görə, portuqaliyalı futbolçu Rusiyada uyğunlaşma çətinliyi yaşayır və İstanbul klubuna qayıtmaq niyyətindədir. Bildirilir ki, “Beşiktaş”ın prezidenti Serdal Adalı transferlə bağlı danışıqlara start verib.

Məlumata əsasən, futbolçu illik 3 milyon avro maaş müqabilində Türkiyə təmsilçisinə qayıtmağa razıdır.

Jedson Fernandeş bu mövsüm 21 oyunda 5 qol vurub, 3 assist edib. Onun “Spartak”la müqavilə müddəti 2029-cu ilin yayına qədərdir.

Transfermarktın göstəricilərinə görə, 25 yaşlı yarımmüdafiəçinin bazar dəyəri 18 milyon avrodur.

Seçilən
25
90deqiqe.az

1Mənbələr