AZ

Xoşbəxtəm ki, bir çox qadının idealıyam Fotolar

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xalq artisti Aygün Kazımova “Sea Breeze Magazine” üçün yeni fotosessiya etdirib.

Axşam.az xəbər verir ki, Pop kraliça dərgiya müsahibə verərək həyatından, yaradıcılığından, ona motivasiya verən amillərdən danışıb.

“Xoşbəxtəm ki, bir çox qadın üçün ideal ola bilirəm, onları motivasiya edirəm” deyən, Kazımova layihələrinin hər birini xüsusi hazırlamasından söz açıb:

“Həyatda gözlənilməz hadisələr, hətta səhnədəki çətin anlar belə, həyatımıza xüsusi həyəcan qatır. Əlbəttə, hər uğurun arxasında ağır zəhmət dayanır. Bu 40 il ərzində yıxıldığım anlar da olub. Ən çətini isə yenidən ayağa qalxmağı bacarmaqdır. Şou-biznes irəli gedə bilənləri sevir, təslim olanları yox”.

Diva mətbəxə çox girməsə də, dadlı yeməklər hazırlaya bildiyini etiraf edib:

“Çox dadlı yemək bişirirəm, amma buna nadir hallarda vaxt tapıram. Gülməyin, mənim əla alınan xörəyim müxtəlif souslarla toyuq və bozbaşdır. Kartofu isə çox yaxşı qızardıram”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
axsam.az

1Mənbələr