AZ

Futbolçu klubla müqaviləni yeniləməkdən imtina etdi

style='margin-bottom:10px;'>

"Tottenhem"in müdafiəçisi Mikki van de Ven klubu ilə yeni müqavilə barədə danışıqlar aparmaqdan imtina edib.

QOL.az xəbər verir ki, "Givemesport" nəşrinin yaydığı məlumata görə, London klubu aparıcı müdafiəçisinə daha yaxşı şərtlərlə beşillik sözləşmə təklif etməyi planlaşdırırdı. Lakin 24 yaşlı niderlandlı futbolçu komandanın hazırkı durumunda gələcəklə bağlı müzakirə aparmağa maraq göstərməyib.

Xatırladaq ki, "Tottenhem" Premyer Liqada bu mövsüm uğursuz çıxış edir. London təmsilçisi yeni ildən bəri qələbə qazana bilməyib və hazırda düşmə zonasını cəmi 4 xal qabaqlayır.

Qeyd edək ki, müdafiəçi ilə "Liverpul", "Real" və "Barselona" yaxından maraqlanır. Bu fonda "Tottenhem" Mikki üçün təxminən 100 milyon funt sterlinq tələb etməyə hazırlaşır.

Seçilən
10
1
teleqraf.com

2Mənbələr