AZ

''Qalatasaray''ın yeni transferi indidən gözdən düşüb?

''Qalatasaray''ın bu qış heyətinə qatdığı futbolçulardan biri ilə bağlı sürpriz transfer iddiası ortaya atılıb.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhənginin yeni transferlərindən yalnız Yaser Asprilya hələ ki, özünü yaxşı tərəfdən göstərə bilməyib. ''Cim-Bom'' 22 yaşlı kolumbiyalını ''Jirona''dan mövsümün sonuna qədər icarəyə götürüb. ''Qalatasaray'' bu futbolçunun daimi əsasda transfer hüququ da ələ keçirib. Amma belə görünür, komanda bu hüquqdan yararlanmayacaq. Asprilya Okan Burukun gözünə girə bilməyib.

İspaniyanın ''As'' nəşrinin yazdığına inansaq, premyer-liqa təmsilçisi ''Lids'' bu futbolçuya ciddi maraq göstərir. Asprilya özü də karyerasında yeni səhifə açaraq İngiltərəyə qayıtmaq arzusundadı. Asprilya daha öncə 2022-24-cü illərdə ''Uotford''da çıxış edib. Gənc vinger indiyə qədər ''Qalatasaray''da 6 rəsmi oyunda ümumilikdə yalnız 175 dəqiqə meydanda olub. O yalnız bir dəfə - kubokda ''İstanbulspor''la görüşdə start heyətində meydana çıxıb.

''Jirona'' ilə 2030-a qədər müqaviləsi olan Asprilyanın transfer dəyəri 12 milyon avro civarındadı.

Seçilən
11
1
football-plus.az

2Mənbələr