Konfrans Liqasının 1/8 finalında Polşa təmsilçisi ''Lex'' ilə qarşılaşacaq ''Şaxtyor''da baş məşqçi Arda Turanın Türkiyə ilə bağlı arzusunu və təklifini diqqətinizə çatdırmışdıq.
"Football-plus.az" xəbər verir ki, məlum olduğu kimi Ukrayna illərdi, Rusiyanın hərbi təcavüzünə məruz qaldığından ''Şaxtyor'' avrokuboklarda ev oyunlarını başqa şəhərlərdə keçirmək məcburiyyətində qalır. Bu mövsüm komanda Avropada rəqiblərini Polşanın Krakov şəhərində qəbul edir. Arda bildirmişdi ki, Polşa klubuna qarşı ev matçını Polşada keçirmək istəmir. O, ''Lex''lə oyunu Türkiyənin İzmir şəhərində keçirmək arzusunu dilə gətirmişdi. Daha sonra İzmirin köklü klubu ''Göztəpə''nin fəxri prezidenti Mehmet Sepil də bu mövzuya toxunmuşdu. O, ''Şaxtyor''u və Arda Turanı İzmirdə qəbul etməkdən böyük məmnunluq duyacaqlarını bildirərək bu təklifə müsbət yanaşmışdı. Ancaq bu söz-söhbətlər elə iddia çərçivəsində də qalıb.
Belə ki, UEFA ''Şaxtyor''a ev oyununu İzmirdə keçirməyə icazə verməyib! Bu barədə məlumat donetsklilərin rəsmi saytında yerləşdirilib. Orda qeyd olunub ki, ''Şaxtyor'' buna qədər olduğu kimi ''Lex''lə də Polşada qarşılaşacaq.
Beləliklə, bu cütdə ilk oyun martın 12-də Poznan, cavab oyunu isə martın 19-da Krakov şəhərində keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta