AZ

Dan Yorgensenin: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

Yeniazerbaycan saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çox sayda rəsmi şəxsin iştirak etməsi Azərbaycnın nüfuzunu göstərir. Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır. Biz hazırda Azərbaycandan qaz idxal edirik və gələcəkdə də bu həcmi artıracağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransında deyib.

“Avropa yaşıl enerjiyə keçid edir. Keçid dövründə Avropaya daha çox təbii qaz lazım olacaq. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq əlaqələri davam edəcək və daha da artacaq. Avropa İttifaqı enerji təminatını şaxələndirərək Azərbaycan ilə bu sahədə birgə layihələrin həyata keçirilməsində iştirak edəcək”, - deyə D.Yorgensen əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
5
yeniazerbaycan.com

6Mənbələr