AZ

Vaşinqtonun əsas hədəfi Rusiya və Çinin qarşısını almaqdır - Metyu Brayza

"Dünyada baş verən münaqişələr kontekstində dövlətlərin elə genişmiqyaslı və mərkəzləşdirilmiş bir ittifaq strukturu formalaşdırdığı müşahidə olunmur ki, bu da birbaşa Üçüncü Dünya müharibəsinə aparıb çıxarsın".

Bu fikiri Redaktor.az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirdi.

"Hazırkı şəraitdə daha çox regional maraqların toqquşması, məhdud geosiyasi qarşıdurmalar və lokal xarakterli hərbi-siyasi gərginliklər diqqət çəkir. Mövcud münaqişələr qlobal miqyaslı bloklaşmadan çox, ayrı-ayrı regionlarda təsir dairəsi uğrunda rəqabət çərçivəsində inkişaf edir və tərəflər birbaşa, geniş cəbhəli toqquşmadan çəkinməyə çalışırlar. ABŞ siyasətində isə xüsusilə Donald Tramp dövründə böyük güclər arasında münasibətlərin yenidən tənzimlənməsi və müəyyən balans mexanizminin qurulması istiqamətində yanaşma ön plana çıxır. Bu çərçivədə ABŞ, Rusiya və Çin arasında qarşılıqlı anlaşma elementlərinin qorunması, eyni zamanda açıq qarşıdurmadan yayınmaq xətti diqqətə çarpır. Bununla belə, Vaşinqton üçün əsas strateji prioritetlərdən biri Rusiyanın Avropada, Çinin isə Hind-Sakit okean regionunda hegemon mövqe qazanmasının qarşısını almaq və mövcud güc balansını saxlamaqdır. Bu yanaşma bir tərəfdən rəqabəti idarəolunan səviyyədə saxlamağa, digər tərəfdən isə müttəfiqlərlə münasibətləri yenidən formatlamağa yönəlmiş siyasət xətti kimi qiymətləndirilə bilər. Nəticə etibarilə, qlobal sistemdə tammiqyaslı bloklaşma və mərkəzləşdirilmiş hərbi ittifaqların sərt qarşıdurması deyil, daha çox çevik tərəfdaşlıqlar, situativ əməkdaşlıqlar və regionlar üzrə dəyişkən güc balansı modeli müşahidə olunur", - deyə diplomat yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
10
2
redaktor.az

3Mənbələr