AZ

Simonyan: İrandakı hadisələrdən uzaq durmağa çalışırıq

Yaxın Şərqdə baş verən proseslərin Ermənistan üçün strateji əhəmiyyət daşıyan layihələrə təsiri müzakirə mövzusu olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, parlamentin spikeri Alen Simonyan bildirib ki, İran və region ətrafında baş verən hadisələr TRIPP layihəsi üçün təhlükə yaratmır.

O, regionda baş verənlərdən dolayı itkilərə görə təəssüf etdiklərini və hadisələrin uzun çəkməyəcəyinə ümid etdiklərini deyib. Simonyanın sözlərinə görə, proseslər birbaşa Ermənistanın qonşuluğunda baş versə də, bu, böyük geosiyasi məsələdir və Ermənistanla birbaşa əlaqəli deyil.

Onun sözlərinə görə, Ermənistanın maraqlarının bu münaqişədən kənarda qalacağına ümid edirlər. O, həmçinin müharibə fonunda Ermənistan və Azərbaycanın “birgə şəkildə sülhün konturlarını tapmasını” müsbət hal kimi qiymətləndirib.

Simonyanın fikrincə, İrəvan üçün əsas vəzifə mümkün risklərdən qaçmaqdır. Onun fikrincə, Ermənistan hər hansı prosesdən uzaq durmalı və sülh gündəliyini təhlükə altına sala biləcək addımlardan çəkinməlidir.

Musavat.com

Seçilən
10
musavat.com

1Mənbələr