AZ

Ruanda İnkişaf Şurası Azərbaycanın G2B modelini tətbiq etməkdə maraqlıdır

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycanda sahibkarlara xidmətlərin göstərilməsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi, dövlət dəstəyi mexanizmləri və KOB evi modeli ilə yaxından tanışlıq məqsədilə Ruanda İnkişaf Şurasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, KOBİA-nın təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində heyət Bakı və Xaçmaz şəhərlərində fəaliyyət göstərən KOB evlərində olublar. KOB evləri ilə tanış olan qonaqlara bu modelin fəaliyyət prinsipləri və sahibkarlara təqdim olunan xidmətlər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, KOB evlərində göstərilən “G2B” və “B2B” xidmətlər sahibkarların biznes fəaliyyətinin asanlaşdırılmasına və vaxt itkisinin minimuma endirilməsinə imkan yaradır. KOB evi modelinin tətbiqi təcrübəsi, əldə olunan nəticələr və sahibkar məmnuniyyətinin artırılması istiqamətində görülən işlər də Ruanda heyətinin diqqətinə çatdırılıb, KOB evi modelinin bu ölkədə tətbiqi imkanlarına dair fikir mübadiləsi aparılıb.

KOB evi modelinin regionlarda tətbiqi təcrübəsi ilə tanışlıq məqsədilə “Xaçmaz KOB evi”ndə və onun Xudat şəhərindəki “Food City" Aqroparkında fəaliyyət göstərən xidmət mərkəzində olan Ruanda nümayəndə heyətinə regionlarda sahibkarların xidmətlərə əlçatanlığının artırılması, yerli biznes subyektlərinə göstərilən dəstək və KOB evlərinin regionlarda biznesin inkişafına verdiyi töhfə barədə məlumat verilib.

Heyət, həmçinin KOBİA nümayəndələri ilə görüşüb, onlar üçün ölkəmizdə KOB-lara göstərilən dəstək və xidmətlər barədə təqdimatlar keçirilib, sualları cavablandırılıb.

Ruanda nümayəndə heyəti səfər çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “ASAN xidmət” mərkəzi, Azərbaycan Biznesinin İnkişafı Fondunda və sair görüşlər keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
azertag.az

1Mənbələr