Bakı.Trend:
Son günlər Bakı Metropolitenində texniki vəziyyətin əlavəyoxlanılması və plandankənar təmirə qaytarılması məqsədiləistismardan çıxarılan 3 qatarla bağlı araşdırmalar yekunlaşıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni”QSC-dən məlumat verilib.
Bildirilir ki, fevralın 19-u metronun “Azadlıq Prokpekti”stansiyasında qeydə alınan hal maşinistin əlavə texniki baxışlabağlı müraciəti əsasında baş verib.
“Qatar “Dərnəgül” stansiyasının sərnişindaşımaya cəlb olunmayanyolunda texniki baxışdan keçirilib və zəruri ehtiyat tədbirlərigörülüb. Hadisə pik saatdan əvvəl baş verdiyindən hərəkətə cidditəsir olmayıb və interval fərqi qısa müddətdə aradan qaldırılıb.Digər iki hadisə isə nadir xarakter daşıyan texniki nasazlıqlarlabağlı olub, həmçinin Yaşıl və Qırmızı xətlərdə qısamüddətliinterval artımınaşərait yaradıb. Bir halda “Nərimanov-Əhmədli”sahəsində təxminən 3 dəqiqəlik fasilə yaranıb, fevralın 24-də başverən digər halda isə qatar depoya göndərilənədək “28May-İçərişəhər” sahəsində 15 dəqiqəlik gecikmə qeydə alınıb. Qatarxətdən çıxarıldıqdan sonra hərəkət ən qısa müddətdə bərpa olunub.Araşdırmalar göstərib ki, hallardan birində işıqlandırmasisteminin, digərində isə elektrik qidalanma avadanlığının mühafizəsistemi işə düşüb”.
Qeyd edilib ki, bu mexanizmlər nasazlığın mümkün fəsadlarınınqarşısını alan avtomatlaşdırılmış təhlükəsizlik sistemləridir vəonların işləməsi təhlükəsizlik baxımından düzgün reaksiya hesabolunur. Bununla yanaşı nasazlığın ilkin səbəbləri araşdırılıb vəəlaqəli sistemlər əlavə yoxlanılıb: “Nəticələrə əsasən 3-cü nəsilqatar tərkiblərində əlavə texniki baxışlar aparılıb, texnikinəzarət mexanizmləri gücləndirilib və məsul şəxslərlə bağlı müvafiqtədbirlər görülüb. Onu da qeyd edək ki, bütün qatarlaranormativlərə uyğun vaxtında texniki qulluq göstərilir, təmir vəehtiyat hissələrlə təminatda problem mövcud deyil. Metro yüksəkintensivliklə işləyən nəqliyyat sistemi olduğundan intervalda 1–3dəqiqəlik dəyişiklik belə ictimai təsir yarada bilər. Hər üç hadisəzamanı operativ tədbirlər nəticəsində hərəkət qısa müddətdə bərpaedilib”.