AZ

Yaxın Şərqdə davam edən müharibə Körfəzdə dəniz nəqliyyatını iflic edib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paris, 3 mart, AZƏRTAC

Hörmüz boğazının bağlanmasından sonra Körfəzin şimalında ən azı 167 gəmi hərəkətsiz qalıb.

AZƏRTAC xəbər verir ki, bu haqda “France İnter” radiosu məlumat yayıb.

Bildirilir ki, blokadada qalan gəmilər arasında neft və ya qaz daşıyan 127 iri tanker var. Həmçinin digər yükləri daşıyan 60 konteyner gəmisi də bölgədə gözləmək məcburiyyətindədir.

Bloklanmış gəmilər arasında Fransa bayrağı altında üzən və ya fransız şirkətlərinə məxsus 60 gəmi, dünya lideri olan İtaliya-İsveçrə mənşəli MSC şirkətinə məxsus 20 gəmi var.

Bundan başqa, bəzi digər gəmilərin də bölgədə blokadada qalması ehtimal olunur. Lakin təhlükəsizlik səbəbi ilə bəzi kapitanlar gəmilərin yerini müəyyən etməyə imkan verən siqnal cihazlarını söndürdüyündən, onların mövqeyini izləmək mümkün deyil.

Sözügedən 60 fransız gəmisi Hörmüz boğazını keçdikdən sonra Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən verilən göstərişlə sığınacaq mövqeyinə çəkilib. Vurğulanıb ki, Fransa gəmiləri prioritet hədəf hesab edilmir.

Fransanın nəqliyyat və dəniz daşımaları üzrə şirkətinin nümayəndəsi Loran Martensin fikrincə, ən ciddi iqtisadi təsir neftin qiymətinin artması olacaq və bu da bir neçə həftə ərzində Avropada yanacaq qiymətlərinin bahalaşmasına səbəb ola bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
3
azertag.az

4Mənbələr