AZ

Əli Mirəliyev Ruhəngiz Musəvi ilə gündəm olan görüntülərindən danışdı VİDEO

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Əməkdar artist Ruhəngiz Musəvinin “Xəzər axşamı” verilişində Əli Mirəliyevlə duetinin görüntülərini izləmək istəməməsi diqqət çəkib. Duet ekrana verilərkən R.Musəvi üzünü çevirərək, onu görmək istəmədiyini açıq şəkildə ifadə edib.

Globalinfo.az-a danışan Əli Mirəliyev duet ortağından incidiyini deyib.

Sənətçi bildirib ki, həmkarına yalnız musiqi ilə məşğul olmağı tövsiyə etdiyi halda, qarşı tərəf buna fərqli reaksiya verib:

“İnsanlara söz atdığı üçün ona irad bildirmişdim ki, musiqi ilə məşğul olsun. Neçə illər birlikdə toylara getmişik, ona mahnılar vermişəm, mahnı yazdırmışam. Amma indi mənə qarşı çıxır. Ayağımdan əməliyyat olunmuşdum, gəzə bilmirdim, evdən çıxmırdım. O isə Elgiz Əkbərin verilişinə çıxaraq ağzına gələni danışmışdı. Əvvəl cavab vermək istəmədim. Çünki bir yerdə çörək kəsmişik, ailəvi dostluğumuz olub. Ondan çox duetimiz var, evimə gəlib-gedib”.

Əli Mirəliyev qeyd edib ki, Ruhəngiz Musəvinin səsləndirdiyi fikirlərə görə məyus olub:

“Mənim o vəziyyətimdə efirə çıxıb deyir ki, Əli ağzına gələni danışır. Axırda məcbur qalıb efirdə cavab verdim ki, mən sənə həmişə yaxşılıq etmişəm, indi necə utanmadan haqqımda belə danışırsan? Səni toylara aparmışam, ailəmin içində olmusan, dostluq etmişik. Necə dilin gəldi ki, belə danışdın? Mən kimə gəldi söz atmıram, sadəcə musiqini gözdən salanlara irad bildirirəm. Heç olmasa dostluğumuza görə efir vasitəsilə mənim haqqımda mənfi fikir səsləndirməməli idi. Bu səbəbdən də onunla əlaqəni kəsmişəm. Xanımımla əlaqəsi qalır, zəngləşirlər, amma mən münasibətə son qoymuşam”.

Bu gönderiyi Instagram’da gör

Globalinfo.az (@globalinfo_az)’in paylaştığı bir gönderi

Leyla Əlisoy

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
globalinfo.az

1Mənbələr