AZ

Son dörd saatda İrandan Azərbaycana daha 182 nəfərin təxliyəsi baş tutub - YENİLƏNİB

İrandan Azərbaycana martın 3-də saat 15:00-dan 17:00-dək daha 66 nəfər təxliyə edilib.

"Far.Az"un Cənub bürosu xəbər verir ki, bu saatlarda təxliyə edilənlərin 19-u Azərbaycan, 32-si Oman, 4-ü İsveçrə, 3-ü Meksika, 3-ü Çin, 2-si isə Pakistan vətəndaşıdır.

Qeyd edək ki, bununla martın 3-də saat 13:00-dan 17:00-dək İrandan Azərbaycana təxliyə olunanların ümumi sayı 182 nəfər təşkil edib.

İrandan Azərbaycana martın 3-də saat 13:00-dan 15:00-dək daha 116 nəfər təxliyə edilib.

"Far.Az"un Cənub bürosu xəbər verir ki, təxliyə edilənlərin 16-sı Azərbaycan, 42-si Çin, 41-i Tacikistan, 7-si Oman, 4-ü Pakistan, 3-ü İran, 3-ü isə Qırğızıstan vətəndaşıdır.

Seçilən
94
2
far.az

7Mənbələr