AZ

Stern: Putinin iddia edilən oğullarına milyonluq gəliri olan xarici müəllimələr dərs deyir

Rusiya prezidenti Vladimir Putin və Alina Kabayevanın iddia edilən iki oğlu – İvan və Vladimir barədə yeni araşdırma yayımlanıb.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu barədə  Almaniyanın Stern jurnalı  maraqlı məlumat yayıb.

Sayt uşaqlara xarici dil dərsi keçən müəllimələrin gəlirlərinin Rusiya təhsil sistemindəki orta göstəricidən dəfələrlə yüksək olduğunu yazır.

Araşdırmada müəllimələrdən birinin Almaniyada – Şimali Reyn-Vestfaliya federal torpağında pedaqoji təhsil aldığı, 1988-ci ildə Qərbi Sibirdə – Slavgorod şəhərində doğulduğu, daha sonra ailəsi ilə birlikdə Almaniyaya köçdüyü qeyd olunur. 2017-ci ildə bir müddət Sibirdə məktəbdə alman dili müəllimi kimi çalışdığı, 2021-ci ildən gec olmayaraq isə Sankt-Peterburqda özəl təhsil müəssisəsində tərcüməçi kimi fəaliyyət göstərdiyi bildirilir.

Stern ikinci mümkün müəllimə kimi Bosniya və Herseqovinadan olan, uzun müddət Avstriyada yaşamış və təhsil almış 33 yaşlı Sofiya B.-nin adını çəkir. Onun 2017-ci ildən Rusiyada yaşadığı və Kabayeva ilə əlaqəli xeyriyyə təşkilatında rəsmi şəkildə çalışdığı qeyd edilir.

2023-cü ildə Kabayevanın əmisioğluları Moskva, Sankt-Peterburq və Soçi istiqamətində İrene E. üçün dəfələrlə aviabilet bron ediblər. Bəzi hallarda onun Sofiya B. ilə eyni reyslərlə uçduğu bildirilir. Araşdırmada həmçinin İrene E.-nin Moskvada təxminən 117 kvadratmetrlik və dəyəri 1,6 milyon avro civarında olan mənzilə sahib olduğu və Sankt-Peterburqda qeydiyyatda olduğu göstərilir.

Sənədlərə əsasən, hər iki qadın hazırda Putinin yaxın dostu, iş adamı Gennadi Timçenkoya məxsus Ena Invest şirkətində tərcüməçi kimi çalışır. 2025-ci ilin noyabrında onların hər birinin 2,9 milyon rubl əməkhaqqı aldığı, bunun isə Rusiyada müəllimlərin orta aylıq maaşından təxminən yüz dəfə çox olduğu vurğulanır.

Stern qeyd edir ki, təqdim olunan məlumatlar onların birbaşa prezident üçün işlədiyini sübut etmir. Lakin Korrupsiya ilə Mübarizə Fondunun araşdırmaçısı Georgi Alburowun sözlərinə görə, bu faktlar dövlət başçısı ətrafında qurulmuş qapalı sistemin ümumi mənzərəsinə uyğun gəlir.

Xatırladılır ki, 2025-ci ilin avqustunda FBK Putinin “ümumi fondu” ilə bağlı araşdırma yayımlamış, həmin vəsait hesabına Timçenkonun “Baltika” pivə zavodunu aldığı iddia edilmişdi. Eyni zamanda, Ena Invest şirkətinin Putinin uşaqlarının müəllimələrinin maaşlarını ödədiyi bildirilir.

Musavat.com

Seçilən
9
musavat.com

1Mənbələr