AZ

İsa Zeynallı: Bizi Xankəndi ilə 6 xallıq qarşılaşma gözləyir

ain.az, sport24.az saytına istinadən bildirir.

"Şəmkir" gənc və perspektivli futbolçulardan ibarət komandadır. Çətin olacağını bilirdik. Ötən tur şanssızlıq nəticəsində "Xankəndi"yə uduzduq". Bu sözləri Sport24.az-a açıqlamasında"Qaradağ Lökbatan"ın futbolçusu İsa Zeynallı deyib.Təcrübəli futbolçu komandasının çempionluq şansını dəyərləndirib:"Xankəndi" ilə dueldə İlk hissədə üstün tərəf biz idik, hesabda da irəli çıxmışdıq. İkinci yarıda fərdi səhvlərindən qollar buraxdıq, geridönüş edə bilmədik. Hələ heç nə bitməyib. Qış fasiləsindən sonra ikinci matçımız idi. Qarşıda bir neçə tur var. Bizi "Xankəndi" ilə 6 xallıq qarşılaşma gözləyir. Qarabağ təmsilçisi bizi turnir cədvəlində 3 xal qabaqlayır. Bu, böyük fərq deyil. Komandamıza çox inanıram. Mövsümün sonunda çempion biz olacayıq".Qeyd edək ki, "Qaradağ Lökbatan" "Şəmkir" qarşılaşması meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
sport24.az

1Mənbələr