AZ

“Sahurda ət və şoraba susuzluğu artırır!” Qida EKSPERTİ

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

Ağa Salamov Ramazan boyunca susuz qalmamaq üçün tövsiyələr verir

“Sahurda ət xörəkləri, qızardılmış, konsevrləşdirilmiş qidalar yeyənlər də var. Və bu gün ərzində oruclunun daha çox susamasına səbəb olur”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirdi. Ekspert qeyd etdi ki, yaxın qohumlar, dostları da ona bu məsələylə bağlı müraciət edirlər və sahurda hansı qidaları qəbul etmək məsləhətdir deyə soruşurlar: 

- Ramazan ayı başlayandan belə müraciətlər tez-tez olur. Hətta öz yaxınlarım da soruşurlar ki sahurda – imsaka qədər nə yeyək ki susamayaq və toxluq hiss edək? İlk növbədə duzlu qidaları rasiondan çıxarmaq lazımdır. Duzlu pendir, duzlu kəsmik. Şorabalar. Təəccüb edəcəksiz ki şorabanın yeri nədir? Bəli, elə şəxslər var, sahurda ətli xörəklər yeyirlər, hətta plov yeyənlər də var. Təbii ki xörək yeyiləndə yanında şorabaya da meyl yaranır. Şorabayla yeyirlər. Bu da gün ərzində susuzluğu gücləndirir. Eləcə də işlənmiş ət məhsulları, kolbasa, sosis, konservləşdirilmiş qidalar məsləhət deyil. Bunların hamısı susuzluğu artırır. Çalışmaq lazımdır ki sahurda duzsuz, amma tutumlu, doyurucu və əlbəttə ki keyfiyyətli, təbii qidalar yeyilsin. Duzsuz şor, bal, kərə və ya nehrə yağı, bəhməz, yumurta, yulaf sıyığı, çərəzlər də faydalıdır. Saf su mütləq içilməlidir, qazlı, şirin sulardan uzaq durulmalıdır. Yaşıl çay isə yaxşı olar ki, təbii otlardan dəmlənsin. Bu cür qidalanma orqanizmi balanslı qalmasına kömək edir. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
sherg.az

1Mənbələr