AZ

İrandan Azərbaycan sərhədi ilə indiyədək 725 nəfər təxliyə edilib - FOTO - YENİLƏNİB

Fevralın 28-i saat 08:00-dan martın 3-ü saat 14:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 725 nəfər təxliyə edilib.

APA xəbər verir ki, təxliyə olunanların 165-i Azərbaycan vətəndaşıdır.

Bundan başqa, 224 Çin, 127 Rusiya, 71 Tacikistan, 66 Pakistan, 18 Səudiyyə Ərəbistanı, 7 Gürcüstan, 6 BƏƏ, 4 İordaniya, 3 Qətər, 3 Banqladeş, 2 Filippin, 2 Nepal, 2 Qazaxıstan, 2 Fransa, 2 Özbəkistan, 2 Türkiyə, 2 İran vətəndaşı, eyni zamanda, İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyadan hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib.

***

10:54

Fevralın 28-i saat 08:00-dan martın 3-ü saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 615 nəfər təxliyə edilib.

APA xəbər verir ki, təxliyə olunanların 157-i Azərbaycan vətəndaşıdır.

Bundan başqa, 150 Çin, 127 Rusiya, 66 Pakistan, 52 Tacikistan, 18 Səudiyyə Ərəbistanı, 7 Gürcüstan, 6 BƏƏ, 4 İordaniya, 3 Qətər, 3 Banqladeş, 2 nəfər Filippin, 2 Nepal, 2 Qazaxıstan, 2 Fransa, 2 Özbəkistan vətəndaşları, eyni zamanda, Türkiyə, İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyadan hər biri 1 nəfər olmaqla xarici vətəndaşlar təxliyə edilib.

İrandan İrandan İrandan İrandan İrandan İrandan İrandan İrandan İrandan
Seçilən
33
18
apa.az

10Mənbələr