"CNN Türk"ün 2 əməkdaşı - müxbir Emrah Çakmak və operator Halil Kahraman Təl-Əvivdə saxlanılıblar.
"Unikal" xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.
Onlar Kirya (Tel-Əviv düşərgəsi - red.) yaxınlığında canlı yayım edərkən həbs olunublar. Qeyd olunub ki, müxbir və operator müddəti bitmiş vəsiqə təqdim ediblər.
Türkiyəlilər Tel-Əviv düşərgəsini sənədləşdirməkdə şübhəli bilinərək həbs ediliblər.
Polis bildirib ki, Yarkon Region polisi qaynar xəttə zəng daxil olduqdan sonra kameralarla təchiz olunmuş və təhlükəsizlik obyektini sənədləşdirməkdə şübhəli bilinən iki iki xarici vətəndaşı saxlayıb.
Şübhəlilər dindirilmək üçün aparılıblar.
Ağarza Elçinoğlu