AZ

İngilis futbolçunun aqibəti müəyyənləşdi

Markus Reşfordun gələcəyi müəyyənləşib. Böyük Britaniya mətbuatının məlumatına görə, ingiltərəli futbolçu hazırkı klubunda qalacaq.

"Football-plus.az" xatırladır ki, “Barselona” 28 yaşlı hücumçunu ötən ilin yayında “Mançester Yunayted”dən satınalma hüququ ilə icarəyə götürmüşdü. Klublar arasında transfer qiyməti ilə bağlı fikir ayrılıqları qalsa da, razılaşmanın baş tutması, demək olar ki, qaçılmaz sayılır. İngilis oyunçu “Barselona”da qalmaq üçün maaşının azaldılmasına hazırdı.

Yeri gəlmişkən, Markus bu mövsüm meydana çıxdığı 34 matçda 10 qol vurub, 13 məhsuldar ötürmə edib.

Seçilən
16
1
football-plus.az

2Mənbələr