Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Şərur rayonunda şəkərli diabet xəstələrinə dövlət hesabına ayrılan dərman və tibbi ləvazimatların apteklərdə satışa çıxarıldığı iddia olunur. Xəstələr onlara verilməli olan vasitələrlə təmin olunmadıqlarını, Ailə Sağlamlıq Mərkəzində isə kobud münasibətlə qarşılaşdıqlarını bildirirlər.
Oxu.Az-a danışan sakinlər qeyd ediblər ki, qanunvericiliyə əsasən, hər xəstəyə ildə 300 ədəd pulsuz test çubuğu verilməlidir.
Şikayətçilərin sözlərinə görə, bu norma tətbiq edilmir. Onlar iddia ediblər ki, dövlət hesabına verilməli olan test çubuqları apteklərdə bir ədədi 50 qəpikdən açıq şəkildə satılır.
Qeyd edək ki, məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə sorğu ünvanlasaq da, suallarımız cavabsız qalıb.
Məlumat üçün bildirək ki, sözügedən mövzu ilk dəfə "Gündəlik Naxçıvan" səhifəsi tərəfindən işıqlandırılıb.
Məhərrəm Əliyev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.